Bakıda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
17 iyul tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26, gündüz isə 32-37 dərəcə isti olacaq.