Bakıda küçələrində bəzi avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq.
15 sentyabr tarixində Bakının erməni-bolşevik işğalından azad olunmasının 103-cü ildönümü ilə əlaqədar olaraq avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Saat 09:00-da hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında yürüşləri olacaq.
Məhdudlaşdırılma iki istiqamətdə nəzərdə tutulub:
1-ci marşrut: Şəhidlər xiyabanı – Türk Şəhidləri abidəsinin önü – İçərişəhər metrosu – İqtisadiyyat Universitetinin binası – Qala Qapısı – “AzNeft” dairəsi – Bəhram Gur heykəli.
2-ci marşrut -Səməd Vurğun bağı - 28 May küçəsi - Bülbül Prospekti -Neftcilər Prospekti - Azadlıq Meydanı.