Sabah, 15 iyun tarixində Bakıda və Abşeron yarımadasında güclü külək əsəcək. Bu haqda bu gün, iyunun 14-də Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
İyunun 15-i səhərdən 16-sı səhərədək şimal-qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.
Ölkənin bölgələrində hava yağışlı olacaq, bəzi rayonlarda şimşək çaxacaq.