Sabaha olan hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 20-24, gündüz isə 28-32 dərəcə isti olacaq.