Bakı və Abşeron yarımadasında sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Aprelin 27-də paytaxtda hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18, gündüz isə 24-29 dərəcə isti olacaq.