İyulun 23-də Bakıda və Abşeron yarımadasında hava, əsasən, yağmursuz keçəcək. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Lakin günorta saatlarında bəzi şəhərətrafı ərazilərdə leysan xarakterli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi üstünlük təşkil edəcək, gün ərzində mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 31-36 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağıdır: 754 mm civə sütunu. Havanın nisbi rütubəti 50-70 faiz təşkil edəcək.