Həftəsonu Bakıda yenə isti hava gözlənilir. Bu haqda bu gün, 11 avqust tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə isitinadən məlumat verir.
Gündüz havanın temperaturu 40-41 dərəcə, gecə 26-27 dərəcə isti olacaq. Rütubətlik 40-50 faiz səviyyəsində qalacaq, zəif və mülayim cənubi küləyi əsəcək.
Bu cür hava şəraiti əksər əhali üçün çox əlverişsiz hesab olunur. Gündüz saatlarında evdən çıxmaq tövsiyə edilmir.