Martın 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Bakuplus.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.