Sabah Bakının bir hissəsində yollar bağlanacaq. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
9 May – Faşizm Üzərində Qələbə Günü ilə əlaqədar Bakının Zərifə Əliyeva küçəsi Rəsul Rza küçəsi ilə kəsişmədən sonra, Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində hərəkətə məhdudiyyət qoyulacaq.
Adıçəkilən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunacaq.