Avqustun 27-ə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, paytaxtda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24, gündüz isə 28-33 dərəcə isti olacaq.