Sabaha gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Mayın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-16, gündüz isə 19-24 dərəcə isti olacaq.