Bakı və Abşeron yarımadasında sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Belə ki, Bakı və Abşeronda sabah hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperaturun gecə 21-26, gündüz isə 33-37 dərəcə isti olacağı gözlənilir.