Sabah gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
12 iyul tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26, gündüz isə 31-36 dərəcə isti olacaq.