Paytaxt ərazisində daha iki küçə təmir olunacaq. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Səbail rayonunun Xaqani küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) başlanacaq təmir işləri ilə əlaqədar 26 iyul saat 00:00-dan 29 iyul saat 07:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Həmçinin 26 iyul saat 00:00-dan 30 iyul saat 00:00-dək 8 Noyabr prospektinin Sadıqcan küçəsindən Zığ dairəsinədək olan hissəsi bağlanacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
[caption id="attachment_144754" align="alignnone" width="640"]
Foto AAYDA[/caption]