Sabunçu rayonunda qəza törədib hadisə yerindən uzaqlaşan sürücü saxlanılıb. Bu haqda 11 dekabr tarixində APA məlumat verib.
Sabunçu qəsəbəsində 10 dekabr tarixində Bakı şəhər sakini Rais Kəmaləddinov yolu keçən zaman “Toyota” markalı avtomobil tərəfindən vurulub. Piyada zərbə nəticəsində ölüb, sürücü isə hadisə yerindən uzaqlaşıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M. Quliyev saxlanılıb. Faktla bağlı araşdırma davam edir.