Paytaxtın Sabunçu rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb. Bu haqda bu gün, 24 fevral tarixində Bakuplus.az “Azərsu”ya istinadən xəbər verir.
Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən daş sexinə sayğacdan kənar 20 mm-lik boruların çəkildiyi və bütün sexin tələbatının bu borularla ödənildiyi məlum olub.
Eyni hal Maştağa qəsəbəsində yerləşən “Görüş” şadlıq evində də aşkar edilib. 20 mm-lik borularla obyektə sayğacdan kənar su xətti çəkilib.
“Ləhiş bağları” adlanan ərazidə isə yaxınlıqdakı su anbarından istixanaya 50 mm-lik borularla qanunsuz su xəttinin çəkildiyi məlum olub.
Hər 3 ərazidə çəkilən qanunsuz xətlər sökülüb, obyekt sahibləri məsuliyyətə cəlb olunublar. Həmçinin qanunsuz sudan istifadəyə qarşı nəzarət gücləndirilib. Yoxlamalar davam edəcək.
[URIS id=91945]