Sabiq polisin məhkəməsi başlayır. Bu haqda 1 aprel tarixində Report məlumat verib.
Sabunçu rayonunda ötən ilin noyabr ayında sabiq polis serjantı V.Novruzov idarə etdiyi “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib, lakin aldığı xəsarətdən ordaca dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma” maddəsi ilə cinayət işi başlanılıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.