Sabunçu rayonunda tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayıb. Bu haqda bu gün, 16 fevral tarixində Report məlumat verib.
Maştağa qəsəbəsində 2021-ci ildə Ruslan Nuriyev tanışı olan Amin Mirzəyevlə mübahisə edib və onu bıçaqlayıb. O, saxlanılıb və barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin növbəti baxış iclası fevralın 22-nə təyin edilib.