Zeynal Bayramlı Sabunçu Tibb Mərkəzinə direktor müavini vəzifəsinə təyin olunub. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az TƏBİB-yə istinadən məlumat verir.
Bununla bağlı TƏBİB-nin İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.
Təyinatdan əvvəl Bayramlı Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
Bəyanatda, həmçinin qeyd olunub ki, digər əmrlə baş həkim vəzifəsi İlahə Şükürovaya həvalə olunub.