Bakıda polis Sabunçu rayonunda dilənçilərin evində reyd keçirib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 1 aprel tarixində xəbər verir.
Sabunçu rayonunda məskunlaşan dilənçilər polisdən “qorunmaq” üçün evlərinə təhlükəsizlik kamerası quraşdırıblar.
Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev bildirib ki, avara və tüfeyli həyat tərzi yaşayan şəxslər cinayətə meyilli olduğundan onlara qarşı mütəmadi tədbirlər görülür.
O əlavə edib ki, onların digər vətəndaşlara maneə törətdiklərini nəzərə alaraq, belə hallar daim diqqətdə saxlanılır və qanuna uyğun olaraq həmin şəxslər barəsində tədbirlər görülür.