Sabunçu rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
40 nömrəli avtobus hərəkətdə olan zaman idarəetmədən çıxıb və “KamAZ” markalı yük maşınına çarpılıb. Nəticədə avtobusda olan sərnişin xəsarət alıb. O, Təxili Tibbi Yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.