top
“Sadko” – Bakının dənizdəki nostalji kafesi
19 may 2025, 01:31
- ↺ +

“Sadko” – Bakının dənizdəki nostalji kafesi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Xəzər sahilində, Dənizkənarı Milli Parkda bir vaxtlar çoxlarının ürəyində xüsusi yer tutan, dənizin içində yerləşən unikal bir məkan vardı – “Sadko” kafesi. Bu kafe bir dövrün romantik simvollarından, bakılıların yaddaşında silinməz iz qoyan yerlərindən biri idi.

Yaranması və estakadanın tikintisi

1960-cı illərin sonlarında, Bakı meri Əliş Ləmbəranskinin təşəbbüsü ilə, Bakı buxtasında Xəzər dənizinə doğru uzanan bir estakada inşa edildi. Bu, həmin dövrdə buxtadakı ən uzun körpü idi – əvvəlcə 455 metr uzunluğunda olan bu estakada sonralar 555 metrə qədər uzadıldı. Bakılılar bu estakadanı zarafatla “Perpendikulyar bulvar” da adlandırırdılar. Körpünün tam sonunda isə “Sadko” kafesi yerləşirdi.

Dənizin ortasında romantika

Kafenin memarlığı xüsusi fərqlənmirdi – adi, düzbucaqlı formalı bir “şüşə qutu” idi. Amma yerləşdiyi mövqe və atmosferi onu sıradan bir məkandan tamamilə fərqləndirirdi. Dənizin ortasında yerləşən bu kafe, romantik görüşlər, ailəvi istirahət və dostlarla yığıncaqlar üçün ideal məkana çevrilmişdi.
Kafenin adı ehtimal ki, rus folklorundakı dəniz səyyahı Sadkodan ilhamlanmışdı. Lakin sovet ruhlu adına baxmayaraq, burada tamam fərqli – “qeyri-sovet” ab-hava hökm sürürdü.

Zövqlü menyu və unikal ab-hava

O dövrdəki adi yeməkxanalardan fərqli olaraq, “Sadko”da qəhvə qlase, pirojnalar, şampan, qoz-fındıq, konfet və müxtəlif şirniyyatlar sifariş etmək mümkün idi. Bu, o zaman üçün elit və zövqlü bir təcrübə sayılırdı. Burada ailələr, cütlüklər, gənclər bir araya gələr, bakılılar üçün əsl istirahət və xoş xatirələr məkanı idi. Həmçinin balıqçılar üçün də körpü ideal yer idi.

Tənəzzül və yeni dövr

1990-cı illərin sonunda ölkədəki ümumi dəyişikliklər fonunda “Sadko” da tədricən tənəzzülə uğradı. Kafenin adı dəyişdirilərək “Altunay” oldu, lakin əvvəlki şöhrətini bərpa edə bilmədi. Təxminən 2009–2010-cu illərdə isə kafedən tamamilə əl-ayaq çəkildi. Hazırda orada yeni layihələr üzrə işlər gedir.

Şəhər yaddaşında iz buraxan bir məkandır

“Sadko” sadəcə bir kafe deyildi. O, şəhərin kollektiv yaddaşında, xüsusilə də bakılıların nostalji xatirələrində özünəməxsus yer tutan bir məkandır. Burada ilk görüşlər, ailəvi toplaşmalar, dənizin səsi altında edilən söhbətlər illər keçsə də unudulmur. Bugünkü nəsil üçün o, daha çox əfsanəvi bir xatirə, gələcək nəsil üçün isə yenidən doğulacaq bir mədəniyyət məkanı olacaq.

Xanım Aydın (baki-baku.az)

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
Dünən, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
Dünən, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
Dünən, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
Dünən, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
Dünən, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
Dünən, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
Dünən, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
30 oktyabr 2026, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
30 oktyabr 2026, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
30 oktyabr 2026, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
29 oktyabr 2026, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Oxşar xəbərlər