top
Səhiyyə Nazirliyi yeni elektron sistemləri istifadəyə verib
02 iyun 2025, 00:50
- ↺ +

Səhiyyə Nazirliyi yeni elektron sistemləri istifadəyə verib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səhiyyə Nazirliyində dövlət qulluqçusunun Rəqəmsal iş yeri - “İntranet” və “Səhiyyə sisteminin, vətəndaşların sağlamlıq vəziyyətinin təhlili və monitorinqi” adlı yeni elektron sistemlərin təqdimatı keçirilib.

Bakuplus.az xəbər verir ki, təqdimatda giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev bu təşəbbüsün dövlətin rəqəmsallaşma sahəsindəki strateji prioritetlərinə cavab verdiyini qeyd edib: “Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal hökumətə keçidin sürətləndirilməsi və iqtisadiyyatın diversifikasiyası məqsədilə ardıcıl tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. Səhiyyə Nazirliyi milli səhiyyə sistemində müasir dövrün tələbi və innovativ düşüncə məhsulu olan Rəqəmsal səhiyyə ekosisteminin inkişafı ilə bağlı tədbirləri davam etdirir”.

Nazirin sözlərinə görə, rəqəmsal texnologiyaların inkişafı səhiyyə xidmətlərinə və məlumatlarına çıxışın yaxşılaşdırılmasında mühüm rol oynayır. Bildirilib ki, vətəndaşların sağlamlığının, eyni zamanda səhiyyənin təhlili və monitorinqi sisteminin vahid rəqəmsal landşafta inteqrasiyası əhalinin sağlamlığının yaxşılaşdırılması, habelə səhiyyə müəssisələrinin fəaliyyətinin optimallaşdırması üçün əsaslandırılan qərarların qəbuluna dəstək olacaq.

Teymur Musayev, həmçinin qeyd edib ki, tibbi xidmətlərin əlçatanlığının və dəqiqliyinin artırılması üçün rəqəmsal həllərin tətbiqi qarşıda duran ən prioritet məsələlərdən biridir. “Perspektivdə göstərilən dövlət xidmətlərindən məmnunluğun artırılması və keyfiyyətli tibbi xidmətlərin təmin edilməsi məqsədilə səhiyyənin rəqəmsal transformasiyası tədbirləri davam etdiriləcək”, - deyə nazir fikrini tamamlayıb.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
Bu gün, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
Bu gün, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
Bu gün, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
Bu gün, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
Bu gün, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
Bu gün, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
Bu gün, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
Dünən, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
Dünən, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
Dünən, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
Dünən, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
Dünən, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
Dünən, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
Dünən, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
Dünən, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
Dünən, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
Dünən, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
Dünən, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
Dünən, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
Dünən, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
Dünən, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
Dünən, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
29 oktyabr 2026, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
29 oktyabr 2026, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
29 oktyabr 2026, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
29 oktyabr 2026, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
29 oktyabr 2026, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Oxşar xəbərlər