top
Səhiyyə Nazirliyindən adı siyahıda olmayan plastik cərrahlarla bağlı AÇIQLAMA
18 aprel 2025, 03:38
- ↺ +

Səhiyyə Nazirliyindən adı siyahıda olmayan plastik cərrahlarla bağlı AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səhiyyə Nazirliyi adı siyahıda olmayan plastik cərrahlarla bağlı məsələyə aydınlıq gətirib.

Nazirlikdən apa.az-ın  sorğusuna cavab olaraq bildirilib ki, Xüsusi Təftiş Komissiyasının qərarlarına müvafiq olaraq siyahıya adları daxil edilməyən həkim-mütəxəssislərin Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə tibb fəaliyyəti ilə məşğul olmaq üçün icazə verən sənədlərinin əsaslılığı təsdiq olunmayıb, bəziləri isə ümumiyyətlə tələb olunan sənədləri Komissiyaya təqdim etməyiblər.

Qeyd edilib ki, siyahıya adları daxil edilməyən həkim-mütəxəssislər praktik tibb fəaliyyəti ilə yalnız ali ixtisas tibb təhsili sənədinə uyğun onlara verilmiş ixtisaslar üzrə məşğul ola bilərlər: "Bu mütəxəssislər plastik cərrahiyyə ixtisası üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rezidentura təhsili almadan həmin sahədə praktik tibb fəaliyyəti ilə məşğul ola bilməzlər".

O da bildirilib ki, sözügedən həkim-mütəxəssislər Komissiyanın qərarlarından narazı olduqları halda məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərlər.

Qeyd edək ki, ötən gün açıqlanan məlumata görə, Azərbaycanda 42 plastik cərrahın fəaliyyətinə icazə verilib, eyni zamanda, icazə verilən əməliyyatların siyahısı məlum olub.

Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Azərbaycan Respublikasında plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olan tibb mütəxəssisləri Komissiyanın iclaslarına dəvət olunmuş, əvvəlcədən xəbərdarlıq edilməklə iclasların audioyazısı və video çəkilişi aparılmış, iclaslar protokolaşdırılmış, təqdim olunan sənədlər ətraflı araşdırılıb və əsaslılığı yoxlanılaraq müvafiq qərarlar qəbul olunub.

Son xəbərlər

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Oxşar xəbərlər