Bakının Xətai rayonu, Sarayevo küçəsində səki avtomobillər tərəfindən zəbt olunub.
Bu barədə Bakuplus.az-a Xətai rayonu sakinləri məlumat veriblər.
Onlar deyirlər ki, səkinin zəbt edilməsi vətəndaşların sərbəst hərəkəti üçün problem yaradır.
Müvafiq qurumlar tərəfindən isə mövcud problemin həlli ilə bağlı hər hansı bir addım atılmır.