Salyan şosesində təmir işlərinə başlanılıb. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Söhbət şosenin Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər olan hissəsindən gedir. Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və piyada səkilərinin yenilənməsi işləri aparılır.
Ərazidə hərəkət qismən məhdudlaşarılıb. Sürücülərdən diqqətli olmaları xahiş olunur.