Qarabağın “keçmiş müdafiə naziri” Samvel Babayan barədə Ermənistanın İctimai Televiziyasına verdiyi açıqlamalar əsasında cinayət işi başlanıb. Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluq iki maddə ilə cinayət işi açıldığını bildirib. Bunlardan biri “hərbi qulluqçuların səhlənkarlığı”, digəri isə “komandirin məcburiyyət olmadan istehkamları, hərbi texnikanı və ya digər döyüş vasitələrini təslim etməsi”dir.
O da əlavə edilib ki, hazırda iş üzrə təqsirləndirilən şəxslər yoxdur.
Babayan oktyabrın 6-da verdiyi bəyanatlarda Ermənistan hakimiyyətini qondarma “DQR” rəhbərliyini məsuliyyətə cəlb etməyə çağırıb.