Rusiyanın Sankt-Peterburq şəhərindən Bakı və Gəncəyə 3 aviaşirkət reys təşkil edəcək. Bu haqda bu gün, 20 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Yay aylarından etibarən Sankt-Peterburq şəhərindən Azərbaycanın Bakı və Gəncə şəhərlərinə “Azərbaycan Hava Yolları” QSC, "Rossiya" və "Utair" şirkətləri reyslər təşkil edəcək.
Uçuşlar hər iki istiqamətdə həyata keçiriləcək. Bununla da aviareyslərin sayı həftədə 12-yə çatacaq.