Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara mənzillər verilib. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Abşeron rayonu Məmmədli kəndinin Zabrat-Kürdəxanı şosesi ünvanında yerləşən kompleksdə 147 yeni mənzil istifadə üçün hazırdır. Mənzillər 1 və 3 otaqlı olmaqla aylıq ödənişləri 520 manatdan başlayır.
Daha 252 mənzil isə Abşeron rayonu Saray qəsəbəsinin Məhəmməd Əsədov küçəsində yerləşən kompleksdə təklif olunur ki, bunlar da 1 və 2 otaqlı yaşayış sahələridir. Mənzillərin aylıq ödənişi 376 manatdan başlayır.
Yeni mənzillər Elektron İpoteka və Kredit Zəmanət Sistemi (EİKZS) üzərindən seçim üçün 28 iyun 2024-cü il tarixindən etibarən açıq olacaq.
İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4700-ə yaxın vətəndaşla kirayə müqaviləsi bağlanıb.