Bakıda saxta pul dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən xəbər verir.
Məhkəmənin qərarına əsasən, 52 yaşlı Balakən rayon sakini Nizami Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, ötən ilin may ayında saxlanılan zaman üzərində 35.900 ABŞ dolları məbləğində pul aşkarlanıb. Bundan əlavə, o, Rusiyada yaşayan Samir (ad şərtidir) adlı sahibkarın 2 milyon 274 min rus rublunu saxta olan 42.520 AZN-ə dəyişib.