Pakistan Senatı və Pakistan Milli Assambleyasının üzvləri 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçkiləri müşahidə etdilər.
11:05 - Seçki prosesi bütün gücü ilə davam edir
Bakının seçki dairələri bütün gücü ilə fəaliyyət göstərirlər.
Bakuplus.az xəbər verir ki, 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçki prosesi davam edir.
Sözügedən məntəqədə seçicilərin sayı 1480-dir. İndiyə kimi 200-ə yaxın seçici səs verib.