“Sea Breeze Resort” istirahət mərkəzində iyunun 12-də səhər saatlarında baş vermiş kütləvi dava ilə bağlı araşdırmalara başlanılıb. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub. Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb.
Araşdırmalar davam edir.