Bakının ən məşhur çimərliklərindən biri bağlanır. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az çimərliyə istinadən xəbər verir.
“Sea Breeze Resort Baku” çimərliyi 1 günlük fəaliyyətini dayandırır. Buna səbəb yay mövsümünə hazırlıq işlərinin görülməsi göstərilir. Çimərlik 2 iyun tarixində bağlı qalacaq.
Bununla bağlı “Sea Breeze Resort Baku” müştərilərdən üzr istəyib.