“Sea Breeze Resort”da sirk festivalı daha 1 ay davam edəcək. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Bakı Dövlət Sirkinə istinadən xəbər verir.
“Monte-Karlo Əfsanələri” şousuna iyul ayı üçün seanslar təşkil edilib. Biletlər artıq satışdadır. Biletləri şəhərin bütün kassalarından və iticket.az saytından onlayn əldə etmək olar.
Seanslar 6, 7, 13, 14, 20, 21, 27 iyul tarixlərində saat 15:00 və 18:00-da, 28 iyul tarixində isə 15:00-da təşkil olunacaq.