Ölkə üzrə pensiyaların ödənişi yekunlaşıb.
Bakuplus.az bu barədə Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.
“10 sentyabr tarixində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib”, - deyə qurum qeyd edib.