Cari ilin sentyabr ayında Kliniki Tibbi Mərkəzin (KMT) Toksikologiya şöbəsinə zəhərlənmə diaqnozu ilə 149 vətəndaş müracət edib. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az KMT-nin mətbuat xidmətinə istinadən məlumat verir.
Xəstələrin 63-ü kişi, 63-ü qadın, 23-ü isə uşaq olub.
Onlardan 68-i dərmandan, 36-sı sirkə turşusundan, 12-si göbələkdən, 7-si etanoldan zəhərləniblər. Həmçinin, 3-ü allergik reaksiyadan, 6-sı botulizm, 3-ü anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. 14 nəfəri isə ilan sancıb.
Müraciət edənlərdən 4 nəfər dünyasını dəyişib. Hər 4 şəxs sirkədən zəhərlənərək ölüb.