Rusiyanın Xarici İşlər naziri Bakıya gəlib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sergey Lavrov Azərbaycana səfəri çərçivəsində Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, həmçinin oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra nazir Şəhidlər xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
[caption id="attachment_92270" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]