“Abzas media”-nın baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti uzadılıb.
Report xəbər verir ki, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.
S.Vaqifqızı ötən ilin noyabrında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, qaçaqmalçılıq maddəsi ilə təqsirli bilinir.