Bakıda daha bir parkın ərazisi genişləndiriləcək. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Yusif Səfərov küçəsində yerləşən “Sevirəm” parkının ərazisinin böyüdülməsi planlaşdırılır. Bunula bağlı Kamandar Əhmədov və Sergey Senyuşkin küçələrindəki fərdi evlərin sökülməsi və sakinlərin köçürülməsi nəzərdə tutulur.
Bununla əlaqədar müvafiq qurumların nümayəndələri sakinlərlə görüşlər keçiriblər, hazırda ölçmə işləri aparılır.