Bakıda sakinlər könüllü olaraq silah-sursat təhvil veriblər. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Mayın 3-də polis əməkdaşları paytaxtda və ölkənin müxtəlif rayonlarında 1 tapança, 1 patron darağı və 5 ədəd patron təhvil götürüblər.
Profilaktik tədbirlər davam edir.