Bakıda və ölkə ərazisində sakinlər könüllü olaraq silah-sursat təhvil veriblər. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Mayın 16-da polis əməkdaşları paytaxtda və respublikanın müxtəlif rayonlarında 2 avtomat silahı, 2 qumbara, 3 tüfəng, 6 patron darağı və 430 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.