Bakıda və ölkə ərazisində sakinlər könüllü olaraq silahları təhvil veriblər. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
İyulun 6-da və 7-də polis əməkdaşları paytaxtda və respublikanın müxtəlif rayonlarında 5 ədəd tüfəng təhvil götürüblər.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.