"Silk Way West Airlines" Bakıdan Los-Ancelesə həftəlik yükdaşıma reysi açır. Bu haqda bu gün, 10 avqust tarixində Bakuplus.az aviaşirkətin mətbuat xidmətinə istinadən məlumat verir.
Aviaşirkət bu marşrut üzrə geniş çeşiddə xüsusi, tez xarab olan, böyük ölçülü və e-ticarət mallarını daşıyacaq.
Daha öncə "Silk Way West Airlines" Çikaqo və Dallasa müntəzəm reyslərdən əlavə, bu ilin aprelində Hyustona uçuşlara başlayıb.
"Silk Way West Airlines" şirkəti haqqında ətraflı məlumatı www.silkwaywest.com saytından əldə etmək mümkündür.