Bakıya səfərə gələn Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətinə Sinan Oğan da qatılıb. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az məlumat verir.
Azərbaycan Prezidentinin dəvəti ilə Bakıda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün rəsmi qarşılanma mərasimi olub.
Səfərdə Türkiyə rəhbərini müşayiət edənlər arasında “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan da var.
Türkiyədə keçirilən prezident seçkilərinin ilk turunda “ATA ittifaqı”nın namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb.
[video width="1280" height="704" mp4="https://bakuplus.az/storage/photos/2023/06/img_22411.mp4"][/video]