İsmayıllı rayonu sakini, 17 yaşlı Kənan Məmmədov Bakıda tapılıb. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Daha öncə məlum olub ki, İsmayıllının Diyallı kəndində yaşayan gənc iyunun 2-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Onun axtarışı üzrə tədbirlər görülüb.