Bu gün, 17 iyun tarixində İsmayıllı rayonu ərazisində yol qəzası baş verib. Bakı sakini daxil olmaqla üç nəfər yaralanıb. Bu haqda Bakuplus.az APA-ya istinadən məlumat verir.
Hadisə nəticəsində Qəbələ sakini, 26 yaşlı Fəxri Məcidli, 31 yaşlı Qafur Babazadə və 38 yaşlı Bakı sakini Əbülfət Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər üç şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Fakt araşdırılır.