İtkin düşən İsmayıllı sakinləri Bakıda tapılıblar. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
19 yaşlı Aytac Mayılova və Ağaverdi Xəlilov iyulun 8-dən 9-na keçən gecə itkin düşmüşdülər. Onlar yaşadıqları evlərdən çıxaraq paytaxta gediblər. Aparılan axtarışlar zamanı onların Bakıda olduğu məlum olub.