Bakıda marketdən şokolad və energetik içki oğurlayan kişiyə hökm oxunub. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən məlumat verir.
Verilən məlumata görə, 44 yaşlı Cəsarət Zamanov (şərti) Xətai rayonu, Gəncə prospekti, 41/72 ünvanında yerləşən marketdən “Redbull” energetik içkisi və “Snickers” şokoladı oğurlayaraq həmin malları imkanı olmadığı üçün bazarda tanımadığı şəxsə verib, əvəzində süd və qatıq alıb.
Zamanov məhkəmədə əməlindən peşman olduğunu bildirib. Hakimin qərarı ilə o, təqsirli bilinib və 20 gün müddətinə həbs edilib.