Daha bir aviaşirkət Soçidən Bakıya birbaşa uçuşlara başlayır. Bu haqda bu gün, 17 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Reyslər “Rossiya” aviaşirkəti tərəfindən 31 oktyabrdan etibarən hər gün təşkil olunacaq.
Uçuşlar Rusiya istehsalı olan “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə 87 oturacaqdan ibarətdir, onlardan 12-si biznes, 75-i isə ekonom sinfinə aiddir.
Biletlər bir tərəfə 8158 rubldan, yaxud 229 manatdan başlayır.