Qarabağ bölgəsinin erməni sakinləri üçün yanacaq göndərilib. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu 2 nəqliyyat vasitəsi yola salınıb. Avtomobillər Ağdam-Əsgəran-Xankəndi yolu ilə hərəkət edir.
Yanacaq ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.